Misli Premyer Liqasının VI turunda "Şamaxı" ilə keçirilən oyundan sonra baş məşqçi Zaur İsmayılovun mətbuat konfransında səsləndirdiyi fikirlər:
"Birinci hissədə müdafiədə iki kobud səhvə yol verdik. Ondan sonra da qapımızda penaltilər gördük.
Birinci penalti bir az mübahisəlidi. Baş hakim qərar verdi, sonra VAR-dan çağırdılar, epizoda çox baxdı. Yəqin ki, qapıçımız öncə topu çıxarır, ikinci epizodda isə toxuşun olub-olmadığına baxırdılar. Birinci epizod mübahisəli idi, ancaq ikinci epizodda penalti var idi.
Arxada qalan oyunlara baxsaq, hər dəfə müdafiədə kobud səhvlərimiz olub. Fasilədə bunlar üzərində işləyəcəyik. Hücumda da düşən epizodları vurmaq lazımdır. Çatışmazlıqları minimuma endirməliyik".